Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin mətbuat xidməti bəyan edib ki, Astana və Daşkənd orbitə birgə kosmik peyklər çıxarmaq niyyətindədirlər.
Bu barədə “EurAsia Daily” məlumat yayıb.
Nazirlik vurğulayıb ki, Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə Asiya-Sakit Okean Konfransı çərçivəsində keçirilən görüşdən sonra 2024-cü ilin sonunadək hazır olacaq süni kosmik peyklərin buraxılması ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.
Qeyd edək ki, Qazaxıstanın “Bayterek” kosmik raket kompleksi 2028-ci ildə tam istifadəyə veriləcək. Lakin, ilk sınaq buraxılışı 2025-ci ilin sonuna planlaşdırılır, ikinci sınaq 2026-cı ilin oktyabrında, üçüncü isə 2027-ci ilin oktyabrında həyata keçiriləcək.