09 sentyabr 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Bank of Azerbaijan" ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Ləğv prosesində olan bankların milyon manatlıq əmlakları hərraca çıxarılır - SİYAHI
FED.az xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 3 ünvanında 0.0608 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105 kv.m olan qeyri-yaşayış sahəsidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 50 000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67