AZ

Heydər Əliyev və Azərbaycan!

1991-ci il 3 sentyabr tarixində Ulu Öndər Heydər Əiyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük tarixi hadisə idi. Bir zamanlar Sovetlər İttifaqı rəhbərliyinin nüfuzlu simalarından biri olan Heydər Əliyevin öz dogma vətənində yenidən rəhbər vəzifəyə gəlməsi böyük siyasi hadisə idi. Qısa zamanda Ümummilli lider ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirildi.  Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Naxçıvanın o ağır dövrdə Ulu Öndərin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. Türkiyə ilə əlaqələrin inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı. Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev tarixi fikirlər səsləndirdi: “Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik”. O zaman Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl isə cavabında "Bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biri ilə qürbətdə. həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir. Bu, bir birlik, milli coşqunluqdur..." söyləmişdir. Ümummilli liderin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi 1 il 9 ay ərzində muxtar respublikanın xarici əlaqələrinin sıx inkişaf etdirdiyi ikinci dövlət İran İslam Respublikasıdır. Bu əlaqələrin möhkəmlənməsində Ali Məclis Sədrinin 1992-ci il 22-25 avqustda qonşu dövlətə səfəri siyasi və iqtisadi cəhətdən çox əhəmiyyətli oldu. Səfərin nəticəsi olaraq əməkdaşlıq protokolu imzalandı. Ümumiyyətl, Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdır. Həmin illərdə Ulu Öndər belə bir tarixi fikir səsləndirmişdi: “Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur". Bəli, Ulu Öndərin Aərbaycanın tarixində göstərdiyi xidmətlər misilsiz və ölçüyəgəlməzdir. Məhz bu xidmətlərin nəticəsidir ki, hazırda Azərbaycan dünyada qüdrətli, Qalib dövlət kimi qəbul edilir.Ələkbərli Fəridə;Neftçala rayonu

ADEX

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
baku.news

10Mənbələr