AZ

Kiyev “Dinamo”su pley-offda dayandı - ŞƏRH

Avqustun 27-28-də keçirilən cavab oyunları ilə Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinə yekun vuruldu. Bu mərhələ postsovet məkanı üçün uğursuz alındı.

Təəssüf ki, turnirin əsas mərhələsinə vəsiqə qazana bilməyən komandalar sırasında Azərbaycanın son çempionu da var. “Qarabağ” Zaqrebdə üç cavabsız top buraxdığı “Dinamo”ya Bakıda da uduzdu və mübarizəni Avropa Liqasında davam etdirməli olacaq.

Bu mərhələdə postsovet məkanını təmsil edən digər komanda da ilk matçda məğlub olmuşdu. “Dinamo” məlum səbəbdən “Zaltsburq”u Ukraynada deyil, neytral meydanda qəbul etmiş, Polşanın Lublin şəhərində baş tutan matçda 0:2 hesabıyla uduzmuşdu. Aleksandr Şovkovskinin çalışdırdığı komanda Avstriyada daha yaxşı təsir bağışladı. Lakin 1:1 hesablı nəticə meydan sahiblərinin ÇL-in əsas mərhələsinə çıxmasına şərait yaratdı.

pley-off, cavab oyunları
Slaviya (Çexiya) - Lill (Fransa) 2:1 (ilk oyun – 0:2)
Zafeiris, 5. Şrants, 84 - Jeqrova, 77.
Lill: Şevalye, Menye, Qudmundsson, Diakite, Aleşandre Ribeyro, Santuş, Andre, Kabelya (Şahraui, 81), Jeqrova (E.Mbappe, 86), Haraldsson (Mikau, 86), Devid (Baye, 86).
Zaltsburq (Avstriya) - Dinamo (Ukrayna) 1:1 (2:0)
Daqim, 12 - Vanat, 29.
Dinamo: Buşan, Tımçik (Supryaqa, 82), Dubinçak, Popov (Bilovar, 83), Mixavko, Pixalenok, Kabayev (Braharu, 74), Şaparenko, Brajko (Mixaylenko, 74), Yarmolenko (Voloşin, 67), Vanat.
QARABAĞ (AZƏRBAYCAN) - Dinamo (Xorvatiya) 0:2 (0:3)
Pyatsa, 32. Mateus Silva, 53-öz qapısına.
Srvena Zvezda (Serbiya) - Bude/Qlimt (Norveç) 2:0 (1:2)
Bruno Duarte, 26-p. Spaiç, 59.
Sparta (Çexiya) - Malmö (İsveç) 2:0 (2:0)
Haraslin, 80-p. Rrahmani, 83.
Slovan (Slovakiya) - Midtüllann (Danimarka) 3:2 (1:1)
Toliç, 33; 82. Barseqyan, 86 – Simsir, 41. Frankulinu, 50.
Qalatasaray (Türkiyə) - Yanq Boyz (İsveçrə) 0:1 (2:3)
Vircinius, 87.

Seçilən
40
football-plus.az

1Mənbələr