Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 3-də Abşeron rayonunun Hökməli qəsəbəsində baş verib.
Rüstəm həmin gün saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən onun mütəmadi olaraq alkoqollu içkilər qəbul etməsinə görə irad bildirən arvadı Aytac ilə mübahisə edib.
Rüstəm aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edərək Aytacın üzərinə hücum edib, qəsdən masanın üzərindəki bağlı vəziyyətdə olan bir ədəd “GO VODKA” alkoqollu kokteyl içkinin dəmir qabını onun sağ qol nahiyəsinə tərəf atıb.
Ardınca təpiklə sağ əl və ayaq nahiyyələrinə zərbə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, arvadı Aytac ilə 2011-ci il tarixdə ailə həyatı qurub və birgə nikahdan bir oğlan övladı var:
“İyunun 3-də, saat 18 radələrində evdə oturub spirtli içki qəbul etdim. Həmin vaxt arvadımla aramızda sözlə mübahisə düşdü. Mübahisə vaxtı əsəbi olduğum üçün “GO” içkisini masadan götürərək arvadıma tərəf atdım. Dəmir bankada olan “GO” içkisi arvadımın qoluna dəydi. Bundan sonra təpiklə arvadımın ayağına vurdum. Həmin vaxt evdə içəridə az yaşlı övladımız olub. Hadisə təxminən 1 dəqiqə davam etdi. Etdiyim hərəkətdən peşiman olmuşam. Bir daha belə hərəkətlərə yol verməyəcəyimi bildirmişəm. Mübahisə vaxtı səs-küy olmadığından heç kim dava-dalaşı eşidərək xəbər tutmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Aytacın sözlərinə görə, 2011-ci ildə Rüstəmlə ailə həyatı qurub və birgə nikahdan 2016-cı il təvəllüdlü övladı var:
“Əvvəllər Rüstəmlə münasibətimiz normal olsa da, son vaxtlar münasibətimiz soyuyub. Münasibətlərimizin soyumasına səbəb Rüstəmin həddindən artıq spirtli içki qəbul etməsidir”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü Rüstəm yaşadığı evin həyətində çörək yeyib, spirtli içki qəbul edib:
“Rüstəmin mütəmadi olaraq alkoqollu içkilər qəbul etməsinə görə aramızda mübahisə baş verdi. Həmin mübahisə vaxtı təxminən saat 18 radələrində yaşadığımız evdə olarkən Rüstəm “GO” içkisini götürərək mənə tərəf atdı. Həmin içki qoluma dəyərək xəsarət yetirdi.
Daha sonra isə üzərimə gələrək təpik zərbəsi ilə sağ ayağımdan və əlimdən vuraraq mənə xəsarət yetirdi. Hadisə təxminən 5 dəqiqə ərzində baş verdi. Həmin vaxt Rüstəm sərxoş vəziyyətdə olub. Baş vermiş hadisəyə səbəb Rüstəmin spirtli içki qəbul etməsi olub”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Rüstəmin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
demokrat.azYola bitum dağıldı, 6 maşın sürüşüb toqquşdu — FOTOLAR ( 10718985)
-
demokrat.azAzərbaycanda küçədə bıçaqlanma: ANBAAN GÖRÜNTÜLƏR ( 10714513)
-
demokrat.azBakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub — ANBAAN GÖRÜNTÜLƏR ( 10627204)
-
demokrat.az“Arvadım yetkinlik yaşına çatmayan qızımı nişanlamaq istədi, mən isə...” — TƏFƏRRÜAT ( 10606549)
-
demokrat.azƏr arvadını “TikTok”dan istifadə etdiyi üçün döydü ( 10600978)
-
demokrat.azƏr arvadını “TikTik”dan istifadə etdiyi üçün döydü ( 10600840)
-
yeniavaz.comPolisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi ( 10585912)
-
demokrat.azZərdab sakinlərindən 5 tüfəng götürüldü ( 10581862)
-
demokrat.azSərxoş kişi arvadını döydü — TƏFƏRRÜAT ( 10571254)
-
yeniavaz.comYol polisi sürücü və sərnişinlərə müraciət etdi ( 10557709)