İrlandiya hökuməti Ukraynaya 128 milyon avro həcmində hərbi yardım ayıracaq.
APA “ukr.net” portalına istinadən xəbər verir ki, bununla bağlı sənəd adı çəkilən ölkənin Baş naziri Saymon Harrislə Ukrayna Prezidenti Vladimir Zelenski arasında imzalanıb.
Bununla yanaşı, İrlandiya rəsmi Kiyevə 40 milyon avroluq humanitar dəstək də göstərmək qərara alıb. İkitərəfli müqavilədə o da göstərilir ki, İrlandiya hökuməti tərəfindən Ukrayna hökumətinə minatəmizləmə avadanlıqları da veriləcək.
Hazırda İrlandiya tərəfi Ukraynaya dəstəyin digər yollarını da nəzərdən keçirir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan bu yana hökumət Ukraynaya 380 milyon avro maliyyə yardımı edib.