AZ

Rada Kulebanı da istefaya göndərə bilmədi

Ukrayna Ali Radası bu gün deputatların kifayət qədər səs verməməsi səbəbindən xarici işlər naziri Dmitri Kulebanın istefası ilə bağlı məsələyə baxa bilməyib.

Publika.az xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko parlament iclasında bildirib.

“Kifayət qədər səs yoxdur. Rada fasilə verir”, - Qonçarenko bildirib.

Parlamentarilərin istefalarla bağlı səsverməni hansı gün bərpa edəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, sentyabrın 3-də Ali Radanın spikeri Ruslan Stefançuk Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefa ərizəsini təqdim etdiyini açıqlayıb. Diplomatın ərizəsinə parlamentin növbəti iclasında baxılmalı idi. Məlumata görə, Kulebanı Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində onun müavini Andrey Sibiqa əvəz edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
publika.az

1Mənbələr