AZ

"Bütün dünya bizim ölkənin necə təşkilatçı olduğunu bilir" - MÜNASİBƏT BİLDİRİLDİ

""Formula1" yarışları ölkəmiz üçün böyük əhəmiyyətə malik tədbirdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan yunan-roma güləşçisi Taleh Məmmədov deyib.

O bildirib ki, Formula1 yarışları bir daha bütün dünyaya göstərir ki, biz idman sevər ölkəyik, idmana necə həssas yanaşırıq: "Ölkə başçısı Prezident İlham Əliyevin idmana olan qayğısı, diqqəti, yarış üçün tədbirlər keçirilməsi bütün dünyaya nümunədir. İdman yarışlarında həqiqətən də barmaqla sayılan ölkələrdən biriyik ki, belə tədbirlər təşkil edirik. Dünyada bu qədər populyarlıq qazanmış "Formula 1" kimi beynəlxalq idman yarışının Bakıda təşkil olunması, əlbəttə ki, ölkəmiz üçün ciddi iqtisadi dividentlər qazandırır. Belə yarışlar zamanı ev sahibi olmaq turizmin inkişafı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliği baxımından olduqca əhəmiyyətlidir və bu, qonaqpərvərliyimizi, dünya xalqları arasında yüksək inkişaf etmiş bir xalq olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdirir.

Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir. Azərbaycan hökuməti, xalqı bu çətin məsuliyyətin, sınağın öhdəsindən bu dəfə də layiqincə gəlməyi bacaracaq. Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir. Azərbaycan həm də idman dövləti olduğunu bütün dünyaya nümayiş etdirib. Bütün dünya bizim ölkənin necə təşkilatçı olduğunu bilir. Göz önündədir ki, ardıcıl olaraq bu yarış Azərbaycanda təşkil olunur".

Müəllif: Söylü Ağazadə
Seçilən
65
sia.az

1Mənbələr