AZ

Kimlərsə dalaşıbsa və şikayət yoxdursa, biz buna baxa bilmərik - MSK SƏDRİ

“DSK-nın qərarından sonra 3 gün ərzində bizə müraciət daxil olarsa, ona baxa bilərik”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Görürük kənarda gedib deyirlər nə olsun ki, 3 gün keçib, baxardılar. Amma belə deyil. Biz bilsək ki, seçkidə haradasa pozuntu var, onu dərhal müzakirə edərik. Amma kimlərsə dalaşıbsa və şikayət yoxdursa, biz buna baxa bilmərik. Bizim çəkinəcəyimiz heç bir məsələ yoxdur. Seçki günü 6478 məntəqədə seçki keçirilib. Bütün müşahidəçilər seçkini izləyib. Onların qarşısını heç kim ala bilməz. Barmaq sayı ilə sayıla biləcək məntəqədə xoşagəlməz hallar sosial şəbəkədə yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
5
aznews.az

10Mənbələr