AZ

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi- Şarl Mişel

Image

Təbriz Musayev: “Bunda məqsəd Rusiyanı prosesdən kənarda saxlamaqdır”

Ermənistan XİN Zəngəzur dəhlizinə nəzarətin özəl şirkətə verilməsi məsələsinin Bakı ilə müzakirə olunub-olunmaması ilə bağlı sorğunu belə cavablandırıb: “Ermənistan Respublikası suverenliyə hörmət, milli yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanaraq, regionda kommunikasiyaların açılması prosesində konstruktiv şəkildə iştirak edir”.

Belə məlum olur ki, Ermənistan XİN Zəngəzur yoluna nəzarətin özəl şirkətə verilməsi mümkünlüyünü təkzib etmir. Qeyd edək ki, bir müddət əvvəl Bakı və İrəvan Zəngəzurdan keçən kommunikasiyalara nəzarətin təhlükəsizlik məsələləri üzrə beynəlxalq özəl şirkətə verilməsi mümkünlüyünü müzakirə etdiklərini bildirib. Bu ideya Avropa İttifaqı Şurasının sədri Şarl Mişel tərəfindən bu yola nəzarətin beynəlxalq standartlar səviyyəsində həyata keçirilməsi və hər iki tərəfi qane etməsi məqsədilə güzəşt kimi irəli sürülüb.

Maraqlıdır, özəl şirkəti ortaya atmaqda Avropa İttifaqının nə kimi marağı var?

“Mişel özəl şirkət məsələsini ortaya atmaqla Rusiyanın dəhlizə nəzarətlə bağlı arqumentlərini ortadan qaldırmağa çalışır” 

Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Aİ-nin marağı Rusiyanı prosesdən çıxarmaqdır: “Məsələ ondadır ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmada Zəngəzurdan Naxçıvana gedən yola Rusiya FTX-sinin nəzarət etməsi öz əksini tapıb. Rusiya bunu onunla əsaslandırır ki, onun yardımı olmadan azərbaycanlıların bu yoldan təhlükəsiz istifadə etməsi mümkün olmayacaq. Tərəflər arasında düşmənçilik olduğu üçün Rusiyanın bunu etməsi vacibdir. O da məlumdur ki, Avroittifaq yola nəzarəti Rusiyanın etməsini istəmir. Birləşmiş Ştatlar da bunda maraqlı deyil. Çünki Qərb istəmir ki, Orta Dəhlizə Rusiya nəzarət etsin. Elə bunun nəticəsidir ki, Paşinyan hökumətəti Zəngəzur dəhlizinə qarşı müqavimət göstərir. Onlara arxalanaraq bunu edir. Mişel özəl şirkət məsələsini ortaya atmaqla Rusiyanın dəhlizə nəzarətlə bağlı arqumentlərini ortadan qaldırmağa çalışır. Bununla onu demək istəyir ki, hansısa Avropa şirkəti həm yak daşımalarını, həm də sərnişin daşımalarını həyata keçirəcək. Eyni zamanda daşımaların təhlükəsizliyini təmin edəcək. Məqsəd - təki Rusiyanı kənarda saxlasınlar. Ancaq Rusiyanın bununla razılaşacağı real görünmür. Çünki zatən Rusiya Ermənistanda Qərbin təsir dairəsinin genişlənməsindən narahatdır. Son zamamlar kəskinləşən İrəvan-Moskva münasibətlərinin səbəblərindən biri də bununla əlaqədardır. O üzdən, bu yöndə gərginlik davam edəcək”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
baki-xeber.com

1Mənbələr