“Barselona”nın prezidenti Joan Laporta Çempionlar Liqasının yeni tərtibatının yaradılmasında Avropa Super Liqasının təsirindən danışıb.
Arena.az “Barselona”nın rəsmi “X” sosial şəbəkə hesabına istinadən, klub prezidentinin bu barədə fikrini təqdim edir:
“Super Liqa mövqeyini dəyişməyib. Bu, UEFA-ya Çempionlar Liqasının tərtibatını təkmilləşdirməyə kömək etdi. Yeni tərtibata görə şadam, həzz almaq üçün isə daha çox oyunar olacaq”, deyə Laporta bildirib.
Xatırladaq ki, mayın 27-də Madrid məhkəməsi Avropa Super Liqasının UEFA və FIFA-ya qarşı iddiasını qismən təmin edib, bu qurumları hakim mövqelərindən sui-istifadə etməkdə və bazarda azad rəqabətə mane olmaqda ittiham edib. Bu qərar, Avropa Birliyinin Ədalət Məhkəməsinin 2023-cü ilin dekabrında verdiyi müvafiq qərara uyğundur. O vaxt Avropa Məhkəməsi çıxardığı müvafiq qərarla Avropa Super Liqasına yaşıl işıq yandırmışdı. Hazırda Super Liqanın tam təsisi istiqamətində işlər davam edir.