İsrail hərbçiləri bir həftə ərzində Rəfah bölgəsində 200-dən çox radikalı məhv edib.
News365.az xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
“Son bir həftə ərzində 401-ci briqadanın bölmələri əldə edilmiş kəşfiyyat məlumatları əsasında Rəfahın rayonlarından biri olan Tel əs-Sultanda məqsədyönlü əməliyyatlar həyata keçirib. Bu günə qədər aparılan əməliyyatlarda qoşunlar 200-dən çox terrorçunu məhv edib və mülki binalardan onlarla silah-sursat götürüblər”, - deyə məlumatda bildirilir.