AZ

Azərbaycan müdafiə sənayesi naziri İordaniyadakı “SOFEX 2024” sərgisində ölkələrin stendləri ilə tanış olub

Bakı, 4 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də İordaniyanın Aqaba şəhərində 14-cü “Xüsusi Təyinatlı Əməliyyat Qüvvələri Sərgisi (SOFEX 2024)” və “Yaxın Şərq Xüsusi Təyinatlı Qüvvələrin Komandirləri Konfransı” işə başlayıb. İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynin iştirak etdiyi sərginin açılış mərasimində Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a məlumat verilib.

Sərgi çərçivəsində nazir müdafiə avadanlığı sahəsində dünyanın ən böyük istehsalçısı olan ölkələrin stendləri ilə tanış olub və rəsmi görüşlərdə iştirak edib.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qlobal miqyasda xüsusi əməliyyatlar, terrorizmə qarşı mübarizə, eləcə də milli təhlükəsizlik sahəsində istifadə olunan xüsusi avadanlıqların, təlimlərin və logistik xidmətlərin təqdimatına imkan yaradan “SOFEX 2024” sərgisi sentyabrın 5-dək davam edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
azertag.az

4Mənbələr