AZ

Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə tələbə qəbulu aparılan Qarabağ Universiteti hazırda diqqət mərkəzindədir. Əsas maraq doğuran mövzulardan biri isə tələbələrin necə köçürüləcəyi, onları neçə nəfərin müşayiət edə biləcəyi ilə bağlıdır.

 

Bu barədə Qarabağ Universitetindən Modern.az-a məlumat verilib.

 

Bildirilib ki, tələbələrin universitetə köçürülməsi zamanı onları 2 nəfər ailə üzvü müşayiət edə biləcək.

 

Tələbələrin növbəti həftələrdə Xankəndiyə aparılması planlaşdırılır. "15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük", - Qarabağ Universitetinin rektoru Şahin Bayramov müsahibəsində deyib.

 

Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.

Tarix: 4 Sentyabr 2024, 19:36   
Seçilən
32
22
pravda.az

10Mənbələr