AZ

Azərbaycanda vəzifəli şəxslərə qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının İsmayıllı rayonunda keçirdikləri əməliyyat nəticəsində rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə Qafqazinfo.az məlumat yayıb.

Bildirilib ki, hazırda onların ifadələri alınır. Hələ ki ittiham verilməyib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirirlər.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bələdiyyə və icra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2337
5
seher.media

10Mənbələr