AZ

Azərbaycanda 41 milyonluq avtomobil satıldı

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir.

İZİA-dan news365.az-a bildirilib ki, cari ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20 faiz artım deməkdir.

Sənaye zonalarında sözügedən dövr ərzində “Chevrolet”, “Isuzu”, VGV, UAZ, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Seçilən
96
18
news365.az

10Mənbələr