AZ

Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Sentyabrın 6-dan 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Senzor.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

 

Bildirilib ki, yollarda aparılan təmir işləri ilə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ramiz Quliyev, Cavanşir, Ceyhun Həsənov, Aşıq Ələsgər və Vunqtau küçələri, eləcə də Gəncə prospekti ilə təşkil ediləcək.

 

Seçilən
131
29
senzor.az

10Mənbələr