“Titanik” gəmisinin qalıqlarına ekspedisiya zamanı uzun müddətdir itdiyi düşünülən daha bir qiymətli əsər üzə çıxarılıb.
News24.az xəbər verir ki, bir vaxtlar birinci sinif salonunu bəzəyən 60 santimetr hündürlüyündə “Diana of Versal” fiquru araşdırma zamanı tapılıb.
Tarixi fiqur dağıntılar altından çıxarılaraq sərgilənmək üçün hazırlanır.
Digər tərəfdən, gəminin bəzi hissələrində çökmələrin baş verdiyi açıqlanıb. Robot sualtı qayıqların bu yay çəkdiyi görüntülərdə gəminin burnunun 4,5 metrlik hissəsinin dəniz dibinə çökdüyü müəyyən edilib. Kəşfiyyat qrupu bütün gəminin çökməsinin an məsələsi olduğunu vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta