AZ

Taliban” və Pakistan arasında silahlı toqquşma oldu

Əfqanıstanda hakimiyyətdə olan“Taliban” hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında silahlı toqquşmalar baş verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki,toqquşmaların “Taliban”ın üç gündür mübahisəli sərhəd bölgəsində postlar tikdiyi üçün başladığı bildirilir.

Qeyd edək ki, Əfqanıstan və Pakistan arasındakı sərhəd mübahisəsi dünyada ən uzun sürən mübahisələrdən biridir. İngiltərə və Əfqanıstan mülkləri arasında delimitasiya sazişi 1893-cü ildə Kabildə Əmir Əbdürrəhman Xan və ser Henri Mortimer Dürand tərəfindən imzalanıb.

1947-ci ildə Britaniya Hindistanı süqut edənədək Əfqanıstan hökmdarları Dürand xəttini tanısalar da, 1947-ci ildən müstəqil Pakistanın yaranmasından sonra Kabil bu xətti rəsmi sərhəd kimi tanımır. Əfqanıstan – Pakistan ərazi mübahisəsi tez-tez silahlı toqquşmalara səbəb olur.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
15
teleqraf.com

4Mənbələr