AZ

“Zurabişvili prezident deyil…”

“Salome Zurabişvili ölkə konstitusiyasını pozduğuna görə faktiki olaraq Gürcüstanın prezidenti hesab olunmur”.

“Qafqazinfo” TASS-a istinadən istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“O, prezident deyil. Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O, Konstitusiya Məhkəməsinə qarşı iddia qaldırmaqla onun legitimliyini tanıyıb. Bu həmin Konstitusiya Məhkəməsidir ki, Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, onun konstitusiyanı pozan prezident olduğunu müəyyən edib. Zurabişvilinin prezident postunu formal olaraq saxlamasının yeganə səbəbi Vahid Milli Hərəkat Partiyasının dəstəyidir”, - Kobaxidze deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
25
qafqazinfo.az

10Mənbələr