AZ

"Qalatasaray" bu dəfə "Mançester Yunayted"in futbolçusunu transfer etmək qərarına gəlib

Türkiyə nəhəngi "Qalatasaray" İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kazemironu heyətinə qatmaq istəyir.

hakimiyyet.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" "Mançester Yunayted"in müdafiəçisi Kazemironu icarə əsasında transfer etmək istəsələr də, futbolçunun yüksək maaş tələbi transferin gecikməsinə səbəb olub.

Kazemiro "Qalatasaray" rəsmilərindən birillik icarə üçün 3 milyon avro tələb edib.

Qeyd edək ki, Kazemiro 2023/24 mövsümündə "Mançester Yunayted" forması ilə çıxdığı 32 oyunda beş qol, üç assistlə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
hakimiyyet.az

10Mənbələr