Gürcüstanda müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü olan deputat İrakli Edzqveradze saxlanılıb. O, narkotik cinayəti işi çərçivəsində kriminal polisin işinə mane olmaqda günahlansırılır.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
"Vahid Milli Hərəkat" hərəkat partiyası hüquq-mühafizə orqanlarının deputata hücum etdiyini iddia edir.
Edzgveradze xırda xuliqanlıq və polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs edilib.