AZ

Sabiq nazir Paşinyanın müdafiəsinə qalxdı: Düz edir...

Belarusun sabiq mədəniyyət naziri Pavel Latuşko Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı addımlarını dəstəkləyib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Latuşko bu barədə X-də paylaşım edib.

 

O yazıb ki, Paşinyanın qərarı doğru və anlaşılandır: "Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-də iştirakını dayandırmaq qərarı tamamilə düzgün və başadüşüləndir".

 

Eks-nazir həmçinin İrəvanın tez-tez təkrarladığı tezislə həmfikir olduğunu nümayiş etdirib və paylaşımında qeyd edib ki, "təşkilat Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib".

 

O, Belarus prezidenti Aleksandr Lukaşenkonu da tənqid edib.

 

"Lukaşenkonun erməni xalqına qarşı davamlı təhqirləri tamamilə qəbuledilməzdir", - Latuşko belə yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
modern.az

10Mənbələr