Azərbaycanın baş prokuroru Kamran Əliyev Bakıda həbsdə olan Qarabağ separatçılarının rəhbərlərinin cinayət işi ilə bağlı danışıb.
Azpost.info bildirir ki, Baş prokuror News.ru-ya müsahibəsində istintaqın gedişini şərh edib.
“Hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün bu istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”-deyə K.Əliyev vurğulayıb.