Bakı. Trend:
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrəümumilikdə, 513 698 şagirdin təhsil alacağı gözlənilir.
Bu barədə Trend-ə idarədən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərininI sinfində 46 098, IX sinfində 44 233, X sinfində 35 757 , XIsinfində 32 260, XII sinfində 156 şagirdin təhsil alacağıproqnozlaşdırılır.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsilmüəssisəslərinə 45 201 uşağın, ümumi təhsil müəssisələrininməktəbəhazırlıq qruplarına isə 29 216 beşyaşlının cəlb olunacağıgözlənilir.
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyətgöstərən ümumi təhsil müəssisələrində 29 400 müəllim, məktəbəqədərtəhsil müəssisəslərində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsifəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi,327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-iəyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isəməktəbdənkənar müəssisədir.