Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycanın paraüzgüçüsü Raman Saleyin Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
Fins.az paylaşımı təqdim edir:
"Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".