AZ

"Volvo" bəzi avtomobillərin istehsalından imtina ETDİ

Çin avtomobil nəhəngi "Volvo" 2030-cu ilə qədər bütün məhsullarını elektrikli avtomobillərə çevirmək planlarını dəyişib.

Redaktor.az xəbər verir ki, "Volvo"nun baş direktoru Cim Rovan bu qərarını dəyişən bazar şəraiti ilə əlaqələndirib.

Çində, xüsusən də Avropada istehsal olunan elektrik avtomobillərinə tətbiq edilən vergilər "Volvo"nun qərarında təsirli olub. "Volvo" 2030-cu ilə qədər istehsalının ən azı 90 faizinin həm elektrikli avtomobillərdən, həm də enerji oluna bilən hibridlərindən ibarət olacağını proqnozlaşdırır.

Qeyd edək ki, daha əvvəl "General Motors" və "Ford" şirkətləri də elektrikli avtomobil hədəflərindən geri çəkilmişdilər.

Sevinc İBRAHİMZADƏ

Seçilən
135
redaktor.az

1Mənbələr