AZ

DGK beynəlxalq yarışda qalib olan tələbədən mükafatına görə ödəniş tələb etdi

Daha bir beynəlxalq yarışma qalibimiz öz mükafatını gömrükdə ödəniş etməklə əldə edib. AzTU tələbəsi Apple şirkətinin hər il keçirdiyi Swift Student Challenge kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. olduqca spesifik olan bu yarışma yalnız Apple şirkəti məhsulları üçün nəzərdə tutulan Swift proqramlaşdırma dili üzrə keçirilir. Azərbaycanda bu tip bacarıqlara sahib olanların sayı barmaqla sayıla biləcək qədərdir. Qalib tələbəmiz şirkətdən rəsmi Sertifikat və Mükafat qazanıb. Apple bununla bağlı qalibə bildirişlər göndərib və Mükafatını da poçtla göndərib. Apple kimi nüfuzlu bir şirkət göndəriş sənədində də göndərilən malın mükafat olduğunu qeyd edib. Gömrük qurumunda isə tələbədən layiq görüldüyü mükafata görə ödəniş tələb edilib.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz Dövlət Gömrük Komitəsi hələ də hədiyyə və mükafat məsələsinin gömrük tənzimlənməsini qaydaya sala bilməyib:

“Qalib tələbəmiz Smart Customs-da simvolik bir gömrük dəyərini qeyd edərək bəyan edib və böyük bir həvəslə mükafatı götürmək üçün Hava Limanındakı gömrük qurumuna gedib. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb Mükafatı qalibə veriblər.
DGK uzun illərdi ki, beynəlxalq yarışlarda qazanılan mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir. Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki, Nobel Mükafatı ( 1 milyon auro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş. Bəlkə elə buna görə bizim alimlərimiz bu mükafatı istəmir.
Bu, doğru bir hal deyil və uzun müddətdir ki, DGK bu problemi həll etməyə təşəbbüs göstərmir, hökumətə təkliflər vermir. DGK tez-tez elan edir ki, peşəkar, xaricdə oxuyub gələn kadrları var, gömrükdə süni intellekt və innovasiyalar tətbiq edirlər. Əgər deyilənlər reallığı əks etdirirsə DGK-da əyləşənlər mükafatı hədiyyədən, hədiyyəni də digər mallardan fərqləndirən ağlabatan bir mexanizm qura bilərlər”.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
28
tribunainfo.az

10Mənbələr