“30-dan çox dövlət BRİKS-ə qoşulmağa və ya əməkdaşlığa hazır olduğunu nümayiş etdirir”.
Azpost.info NEWS.ru-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladivostokda Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.
O, yeni iştirakçıların iqtisadiyyatlarının sürətlə inkişaf etdiyini qeyd edib: “Bu gün 30-dan çox ölkə əməkdaşlığa, bəziləri isə BRİKS-ə qoşulmağa hazır olduqlarını nümayiş etdirirlər. BRICS-in yeni üzvləri sürətlə inkişaf edən iqtisadiyyatları, özünəməxsus mədəniyyəti ilə çox maraqlı dövlətlərdir. Onlar təşkilatın inkişafına müsbət töhfə verəcəklər”.