AZ

İsrail Münhendəki atışma ilə bağlı məlumat yaydı

İsrailin Münhendəki Baş Konsulluğunun əməkdaşları diplomatik missiyanın ərazisində baş verən atışma nəticəsində xəsarət almayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, konsulluq 1972-ci ildə Münhendə keçirilən Yay Olimpiya Oyunlarında terror aktı nəticəsində həlak olan idmançıların xatirəsinə həsr olunmuş mərasimlə əlaqədar bağlanıb.
İdarədən verilən məlumata görə, hücum edən şəxs zərərsizləşdirilib.

“İsrail Hayom” qəzeti həlak olan idmançıların xatirəsinə bu gün baş tutmalı olan rəsmi tədbirin ləğv edildiyini yazıb.

Seçilən
178
27
ucnoqta.az

10Mənbələr