Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseynin partiya sədrliyindən istefa verməsi barədə xəbərlər yayılıb.
Modern.az xəbər verir ki, sabiq baş nazir bu barədə Musavat.com-a danışıb.
O, yayılan xəbərləri təkzib edib. AXP sədri deyib ki, onun fikirlərini konteksdən çıxarıblar:
“Bu barədə İdarə Heyətində müzakirələr apara bilərik, demişəm. İstefa verməyim barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Qeyd edək ki, sözügedən məlumatı “Azadlıq Radiosu” yayıb. Bildirilib ki, Pənah Hüseyn açıqlamasında istefasına səbəb kimi 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində uduzduğunu göstərib.