AZ

Paşinyan bunamünasibət bildirməlidir - ÖZƏL

"İrəvanda qondarma Dağlıq Qarabağla bağlı keçirilən bu dırnaqarası şadyanalıq Ermənistan hakimiyyəti üçün bir həyəcan təbili olmalıdır. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti Azərbaycanla normal münasibətlər qurmaq, dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün çalışır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Belə bir şəraitdə İrəvanın tən ortasında hansısa başıpozuq, bölücü ünsürlərin bir araya toplaşıb, Azərbaycan torpaqlarına iddia irəli sürməsinə Ermənistan hakimiyyəti dözməməlidir. Ona görə də Paşinyan bu məsələ ilə bağlı ciddi araşdırma aparmalı, bu əməli törədənləri uyğun şəkildə cəzalandırmalıdır. Eyni zamanda, bu başıpozuq bölücü ünsürlərə dəstək verməyə cəhd göstərən xarici fəallara da münasibət bildirməlidir. 
Bilirsiniz ki, Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin bu ünsürlərə "təbrik məktubu" göndərərək onları dəstəklədiyini ifadə edib. Şəxsən mənim bununla bağlı dünən bir açıqlamam oldu və mən qeyd etdim ki, əgər Rusiyada siyasətlə məşğul olan kimlərsə bu bölücü ünsürlərə dəstək verir, onları təbrik edirsə, biz azərbaycanlıların da Rusiyada dəstək verə biləcəyimiz, təbrik edə biləcəklərimizin sayı qat-qat çoxdur. Bunu Rusiya siyasətçiləri nəzərə almalıdırlar. Tatarıstan başda olmaqla, Rusiyanın əsarəti altında olan türk dövlətlərinə biz dəstək veririk və verəcəyik də. Amma nəzərə almalıdırlar ki, Rusiyanın istilası altında olan türklər və digər millətlər ermənilər kimi bölücü ünsürlər deyil. Onlar öz doğma torpaqlarındadır, sadəcə torpaqları işğal altındadır. Bütün bu gerçəkləri nəzərə alaraq, Paşinyan ciddi addımlar atmalıdır və bir daha Ermənistan ərazisində Azərbaycanın ərazi bütövlüyünə dillər uzadılmamalıdır. Uzadılacağı təqdirdə, bizim də deyəcəklərimiz var. Nəzərə almaq lazımdır ki, əgər söhbət hansısa on minlərlə erməninin ərazi iddiasından gedirsə, bizim Azərbaycan Respublikasında üç milyon civarında qərbi azərbaycanlı kökənli həmvətənimiz var ki, onların Ermənistana qayıtmaq kimi təbii bir hüququ, haqqı var, bunu unutmasınlar. Ona görə də, oturduqları yerdə dinc otursunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
73
olaylar.az

1Mənbələr