AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Premyer Liqanın V turunda baş verənlərlə bağlı qərarlar verilib.
"Sumqayıt" – "Araz Naxçıvan" oyununda "Araz-Naxçıvan" klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "Araz-Naxçıvan" klubu 700 manat cərimə edilib.
"Şamaxı" – "Neftçi" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Şamaxı" klubu 800 manat ziyana düşüb.
"Kəpəz" – "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Kəpəz" klubu 800 manat cərimələnib.
"Zirə" – "Qarabağ" oyununun 29-cu dəqiqəsində "Zirə" klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Zirə" klubuna xəbərdarlıq olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta