AZ

Azərbaycanda məşhur brend məhkəməyə verildi

Azərbaycanda məşhur kostyum brendi olan “Emiland” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə inzibati protokol tərtib edilib.

Modern.az-ın məlumatına görə, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci(Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

"Cebheinfo.az"

Seçilən
45
2
cebheinfo.az

3Mənbələr