Xəbər verdiyimiz kimi, Türkiyənin XİN başçısı Hakan Fidan Şimali Makedoniyaya səfər edib.
Modern.az TRT-yə istinadən xəbər verir ki, paytaxt Skopyedə Fidanı görən yerli sakinlə nazir arasında maraqlı söhbət olub.
"Tayyib abi necədir?", - deyə yaşlı kişi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı xəbər alıb.
O, xarici işlər naziri Hakan Fidanla söhbətində Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana salamlarını çatdırıb.
Qeyd edək ki, Makedoniya əhalisinin əhəmiyyətli hissəsini Osmanlı dövründən burada yaşayan türklər təşkil edir.