AZ

MÜSİAD Azərbaycanın təşkil etdiyi "Ənənəvi səhər yeməyi" programı baş tutub

Bakı, TurkicWorld

MÜSİAD Azərbaycan Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının təşkilatçılığı ilə, Caspa Teknoloji şirkətinin sponsorluğunda "Ənənəvi Səhər Yeməyi" proqramı baş tutub.

Bu barədə TurkicWorld -ə MÜSİAD-dan məlumat verilib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı, dəyərli xanımı, müşavirlər, 80-dən çox dəyərli qonaqlar və MÜSİAD-ın üzvləri qatılmışdır.Görüş,The Mood Bistro-Grill restoranında baş tutmuşdur

Proqramda Kənd Təsərrüfatı və Turizm Komissiyasının təşkilatçılığı ilə hazırlanmış "Azerbaycan'a gelmek için 101 neden" kitabçasının təqdimatı olmuşdur. Kitabça cənab səfirə təqdim olunmuş və bütün qonaqlara hədiyyə edilib.

Sonda proqrama gələn bütün qonaqlara və üzvlərə təşəkkür edilib.

Seçilən
84
4
turkic.world

10Mənbələr