Rus casusu olmaqda şübhəli bilinən balina güllələnib.
Bu barədə yerli mətbuat məlumat verib.
Bildirilib ki, Norveçdə casus kimi yetişdirildiyi iddia edilən “beluqa” balinası güllələnərək öldürülüb.
“Beluqa” 2019-cu ildə ilk dəfə Norveçdəki Finnmark sahillərində görülüb.
Keçən şənbə günü Norveçin cənub-qərbindəki körfəzdə “Hvaldimir” adlı balina ölü tapılıb.
Heyvan haqları müdafiəçiləri hadisə ilə bağlı cinayət işi açılmasını tələb ediblər.