AZ

Kulebanın istefasının səbəbi açıqlandı

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın vəzifəsindən getməsi prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakla münaqişə ilə əlaqələndirilir. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən yazır.

“Hamı bilirdi ki, aralarında münaqişə var. Hətta bir dəfə bu epizodlardan birinin şahidi olmuşam", deyə adının açıqlanmasını istəməyən məmur "Politico"ya bildirib.

Qəzetin həmsöhbətinin sözlərinə görə, Kuleba tutduğu mövqe sayəsində ABŞ dövlət katibi Entoni Blinken, Almaniyanın xarici işlər naziri Annalena Barbok və digər nazirlərlə birbaşa əlaqə yaradıb.

"O, 300% sadiq olsa belə, prezident aparatı belə bir əlaqə kanalını, nə demək istədiyimi bilirsinizsə, tam əmin olmadıqları bir adamın ixtiyarına verə bilməzdi", deyə həmsöhbət bildirib.

Sentyabrın əvvəlində Ukrayna hökuməti əsas nazirlərin istefa dalğası ilə üzləşib. O cümlədən, ölkənin Xarici İşlər və Ədliyyə nazirliklərinin rəhbərləri Dmitri Kuleba və Denis Malyuska tutduqları vəzifələrdən istefa vermək qərarına gəliblər. Ali Rada istefaları qəbul edib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
hit.az

2Mənbələr