AZ

Avstriya Ukraynadakı münaqişə ilə bağlı bunu etməyə hazırdı

“Avstriya Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdır”

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer X sosial şəbəkəsində bildirib.

Nehammer Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə sülh danışıqlarına hazır olması ilə bağlı bəyanatlarını şərh edib.

Siyasətçi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) mənzil-qərargahı Avstriyada yerləşdiyindən münaqişənin həlli üçün danışıqları qəbul etməyə hazır olduğunu bəyan edib.

“Biz Rusiya prezidentinin Ukrayna ilə sülh danışıqlarına açıq olması ilə bağlı bəyanatlarını nəzərə alırıq”, – Avstriya kansleri vurğulayıb. Onun fikrincə, danışıqlar ilkin şərt olmadan aparılmalıdır.

Medianews.az

Seçilən
68
medianews.az

1Mənbələr