AZ

Ermənistanda ağcaqanad vasitəsilə keçən xəstəliyə yoluxma artdı, ölən var

Ermənistanda Qərbi Nil qızdırmasına 108 yoluxma halı qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bunu hökumətin iclasından sonra keçirilən brifinqdə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan deyib.

Onun sözlərinə görə, xəstəliyin yayılma sürəti hələ də kifayət qədər effektiv şəkildə azalmayıb və ay ərzində aktiv profilaktik işlər aparılmalıdır.

Nazir əlavə edib ki, ağcaqanadlara ən çox Armavir, Ararat və Araqatsotn bölgələrində rast gəlinir, ona görə də bu bölgələrdə yoluxma riski yüksəkdir. Lakin bu, o demək deyil ki, İrəvan sakinləri qabaqlayıcı tədbirlərə əməl etməməlidirlər.

Qeyd edək ki, Ermənistanda bu xəstəlik aşkarlanan bir xəstə dünyasını dəyişib. Bir gün əvvəl daha 3 nəfərin öldüyü bildirilsə də, Səhiyyə Nazirliyi bunu təsdiqləməyib.

Seçilən
75
medianews.az

1Mənbələr