AZ

Qonşusunun soyuducusundan 5 kilo ət oğurladı - Məhkəmə qərarı

Goranboyda qonşusunun soyuducusundan 5 kiloqram ət, balıq və 2 ədəd turşu bankasını oğurlayan şəxs saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, hadisə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində baş verib. 1992-ci il təvəllüdlü A.Şirinov spirtli içki qəbul etikdən sonra qonşusunun evindən oğurluq etmək qərarına gəlib. O, spirtli içkinin təsirindən sərxoş vəziyyətdə qonşusu Fazil İsamyılovun fərdi yaşayış evinə pəncərən daxil olub. Mənzilə daxil olduqdan sonra mətbəxə keçib və soyuducudan təxminən 4-5 kilo ət, balıq və 2 ədəd turşu bankasını oğurlayıb.Məhkəmənin qərarı ilə A. Şirinov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib və barəsində 200 saat müddətinə ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilib.İctimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş A.Şirinov üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməlidir.

Seçilən
98
5
dia-az.info

10Mənbələr