AZ

DİN Masallıda əməliyyat keçirdi: Saxlanılan var - FOTO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. 

Bildirilib ki, tədbirlərlə 33 yaşlı Nizami Şahbazzadə saxlanılıb. Ondan 7 kiloqram marixuana, əlavə olaraq metamfetamin aşkarlanıb. 

Araşdırmalarla onun narkotikləri satış məqsədilə şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Şahbazzadə barəsində həbs qətimkan tədbiri seçilib. 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
bizim.media

10Mənbələr