Uqandalı uzun məsafə qaçışçısı Rebecca Cheptegei 33 yaşında idi və Paris Olimpiadasında qadınlar arasında marafonda iştirak edirdi.
İndex.az xəbər verir ki, Uqandalı Olimpiya idmançısı Rebekka Çepteqey sevgilisi tərəfindən benzinlə hücuma məruz qalıb. Hücum nəticəsində bədəninin 80%-i yanıq xəsarətləri alan idmançı Keniyadakı xəstəxanada dünyasını dəyişib.
Xəstəxana sözçüsü idmançının ölüm səbəbini orqan çatışmazlığı ilə izah edib. Çepteqey Eldoret şəhərindəki xəstəxanaya gətirilərkən ona sakitləşdirici dərman verilib.
Hücumdan bir müddət əvvəl Çepteqey Fransanın paytaxtı Parisin ev sahibliyi etdiyi Olimpiadada qadınlar arasında marafonda yarışıb. 33 yaşlı idmançı marafonu 44-cü yerdə başa vurub.