AZ

Uşaqları bitə yoluxma hallarından necə qorumalı? - HƏKİM ŞƏRH ETDİ

"Uşaqlarda əsasən bağçada və məktəblərdə, kollektivdə bitlə yoluxma hadisələri tez-tez olur". Bu sözləri SİA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin baş toksikoloqu, TƏBİB-in aparıcı toksikoloqu, eksperti, professor Azər Maqsudov deyib.

Həkim bildirib ki, bu məsələ aşkar olunduqda, təbii ki, mütləq yoxlanılmalıdır və tədbir görülməlidir: "Yoluxma səbəbləri ondan ibarət olur ki, uşaqlar çox vaxt bir-birinin əşyasını istifadə edirlər. Əşyanın üstündə qalan bit digərinin saçına keçir. Beləliklə, yoluxma halları baş verir.

Əsas da yoluxmanın qarşısı alınmalıdır. Bu da ondan ibarətdir ki, hər səhər gündəlik olaraq bağça və məktəblərdə mütləq yoxlama keçirilməlidir. Bit aşkar olunduqda mütləq həmin uşaq kollektivdən uzaqlaşdırılmalıdır. Bitə qarşı profilaktik tədbirlər görülməlidir. Bir müddətdən sonra, tədbirlərdən, bitin qarşısı alınandan, təmizləyici tədbirlər görüləndən sonra uşaq kollektivə qayıda bilər".

Müəllif: Söylü Ağazadə
Seçilən
123
sia.az

1Mənbələr