Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası sizləri, Yeni Azərbaycan Partiyasının bütün tərəfdarlarını və fəallarını 2024-cü il 1 sentyabr tarixində baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə qazanılmış inamlı qələbə münasibətilə təbrik edir.
Biz Özbəkistandan seçki kampaniyasını diqqətlə izlədik və əminliklə deyə bilərik ki, Azərbaycanda parlament seçkiləri uğurla keçirildi. Ölkənizdə seçki üçün bütün zəruri qanunvericilik və təşkilati imkanlar yaradılmışdır. Ona görə də seçkilər hamı tərəfindən qəbul edilmiş demokratik standartlar əsasında açıq və şəffaf mühitdə keçirilmişdir. Xüsusi vurğulamaq istərdik ki, bu seçki kampaniyası Azərbaycanın bütün ərazisini əhatə edərək, ölkənizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının bariz təcəssümünə çevrildi.
Fürsətdən istifadə edərək, partiyanızla müvafiq memorandumun imzalanması ilə yeni səviyyəyə yüksələn səmərəli əməkdaşlığa hazır olduğumuzu bir daha bildiririk. Ölkələrimizin prezidentlərinin siyasi kursunun təzahürü olmuş bu addımın mühüm qarşılıqlı faydalar gətirəcəyinə və çoxşaxəli strateji tərəfdaşlığımızın yüksək ruhunu daha da artıracağına əminik.
Bütövlükdə hesab edirik ki, bu ilin 1 sentyabr seçkilərində qazanılmış qələbə Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diqqətəlayiq sosial-iqtisadi inkişafının və yüksək beynəlxalq nüfuzunun xalq tərəfindən qiymətləndirilməsinin və dövlət başçısının ideyalarının partiyanız tərəfindən fəal şəkildə həyata keçirilməsinin sübutudur.
Hörmətlə,
Aktam Xaitov
Sahibkarlar və İş Adamları Hərəkatı –
Özbəkistan Liberal Demokratik Partiyası
Siyasi Şurası İcra Komitəsinin sədri