AZ

Monqolustanın MAK konqlomeratı və Çinin Huawei şirkəti günəş elektrik stansiyasını işə salacaq

Monqolustan konqlomeratı MAK Çinin Huawei şirkəti ilə birgə günəş elektrik stansiyasının tikintisi layihəsinə başlayıb.

Müqavilə çərçivəsində bərpaolunan enerji mənbələri hesabına enerji istehlakı probleminin həlli üçün Mərkəzi, Dornoqov və Dundqov vilayətlərində yerləşən MAK zavod və mədənlərində 40 MVt gücündə günəş elektrik stansiyası və 90 MVt gücündə günəş kollektoru tikiləcək.

Beləliklə, hər il 70 GWh yaşıl enerji istehsal olunacaq və istixana qazı emissiyaları 2,5 milyon ağac ekvivalenti olmaqla 55 min ton azalacaq.

Bundan əlavə, 4000-dən çox işçisi olan milli istehsalçı MAK 13-14 sentyabr tarixlərində baş ofisində “Açıq iş yerləri günü” təşkil etməyi planlaşdırır. Bu müddət ərzində 1300-dən çox vakansiya elan olunacaq və xüsusi bacarıq tələb etməyən vəzifələrdə işləmək istəyən şəxslərə CV-ni alıb müsahibə apardıqdan sonra birbaşa işə düzəlmək imkanı yaradılacaq.

Oxuməni.az

Seçilən
53
oxumeni.az

1Mənbələr