AZ

Rusiya bu ölkəyə ildə 60 min ton təyyarə yanacağı tədarük edəcək

Rusiya Monqolustana ildə 60 min ton təyyarə yanacağı, 1,8-1,9 milyon ton digər neft məhsulları tədarük edəcək.   Manset.az bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, bu maddə Rusiya Prezidenti Vladimir Putinin bu həftə Monqolustana səfəri zamanı Rusiyanın Energetika Nazirliyi ilə Monqolustanın Sənaye və Mineral Ehtiyatlar Nazirliyi arasında neft məhsullarının tədarükü, eləcə də Monqolustanı neftlə təmin etmək sahəsində əməkdaşlıq haqqında imzalanan sazişdə qeyd olunub.

Seçilən
106
manset.az

1Mənbələr