AZ

İtaliya Prezidenti: “COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazırıq”

İtaliya Prezidenti Sercio Mattarella ölkəsində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bunun çox əhəmiyyətli tədbir olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Mattarella İlham Əliyev ilə birgə işçi naharı zamanı deyib.

O, ölkəsinin COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.

İtaliyanın COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edən Sercio Mattarella COP29-la əlaqədar İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
bizim.media

1Mənbələr