“Bizdə müraciətlərin araşdırılması prosesi şəffafdır” – MSK sədri
“Bizdə müraciətlərin araşdırılması prosesi şəffafdır, maraqlanan tərəf iştirak edə bilər”.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komitə sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, araşdırma Seçki Məcəlləsinin tələbinə uyğun olaraq aparılır:
“Dairə Seçki Komissiyasına şikayətlər ayın 3-nə qədər verilməli idi. Şikayətlərin çoxunda olan videomaterialları sosial şəbəkəyə qoyurlar. Bizim mətbuat qrupu həmin videolara baxır, araşdırır. Daha sonra onlar iclasda müzakirəyə çıxarılacaq”.