Konstitusiya Məhkəməsi Fikrət Məmmədovun qızının deputat seçilməsi barədə xəbərlərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Yayılan xəbərləri təkzib edərək, həmin şəxsin hakim Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsinin olmadığını bildiririk”, – deyə qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızının millət vəkili seçilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilib ki, 1 sentyabr 2024-cü il tarixində keçirilən növbədənkənar parlament seçkilərində millət vəkilliyinə namizədliyi irəli sürülən Məmmədova Nigar Fikrət qızı Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızıdır.//E-huquq.az